Qüds yaxınlığında terror aktı: yaralılar var

Qüds yaxınlığında terror aktı: yaralılar var

İsrailin Qüds yaxınlığındakı Maale Adumim şəhərində terror aktı olub.

AzerTimes xəbər verir ki, bu barədə İsrail hökumət başçısının ofisi məlumat yayıb.

Bildirilir ki, İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qallant hadisələrin gedişatını izləyir.

“Yerusəlim Post” nəşrinin məlumatına görə, Maale Adumim şəhərindəki ticarət mərkəzində atışma olub. Hadisə nəticəsində 2 nəfər orta dərəcəli bədən xəsarətləri alıb. Hücum edən şəxsin hadisə yerində güllələndiyi bildirilir.

Teqlər: