Qüdsdə partlayışların baş verməsi İran ətrafında gərginlik fonunda şübhələr doğurur.
Bu sözləri AzerTimes-a açıqlamasında politoloq Elxan Şahinoğlu Qüdsdə baş verən iki ardıcıl partlayışla ilə bağlı qeyd edib.
O bildirib ki, Qüdsdəki bəzi silahlı qruplaşmaların rəsmi Tehranla sıx əlaqəsi bu məsələdə İranın izini axtarmağa əsas verir:
“Lakin bu məsələdə İranın barmağı olduğunu əminliklə iddia etmək olmaz. Ola bilsin ki, bu terror aktları diqqəti yayındırmaq və hədəfi başqa istiqamətə yönəltmək məqsədi daşıyır. Bu məsələ araşdırılacaq və məsuliyyəti kimin öz üzərinə götürdüyü bundan sonra bəlli olacaq”.