Ukrayna ordusu ruslardan buna görə üstündür

Ukrayna ordusu ruslardan buna görə üstündür

Ukrayna Silahlı Qüvvələri müharibədə yeni texnologiyalardan məharətlə istifadə edir. Və bu, onlara döyüş meydanında üstünlük verir.

AzerTimes xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauerin deyib.

“Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın işğalını dəf edə bilməsinin səbəblərindən biri onların yeni texnologiyalardan məharətlə istifadə etməsidir. Biz hamımız Ukraynanı dəstəkləyən texnologiya şirkətlərinin həlledici rolunun şahidi olduq. Bir neçə ay əvvəl “Maykrosoft” və ya “Starlink” kimi şirkətlər deyəndə ağlımıza noutbuklar və peyklər gəlirdi. İndi isə biz onları müharibədə qalib gəlməyə kömək edən şirkətlər kimi qəbul edirik”, – Bauer vurğulayıb.

Qeyd edək ki, “Starlink” peyk interneti sayəsində Ukrayna ordusu Rusiya qoşunlarına dəqiq zərbələr endirə və onların PUA-larına nəzarət edə bilir. Bu texnologiya həm də mülki şəxslər arasında kommunikasiyaya kömək edir.

Teqlər: