Bu gün Birinci Qarabağ savaşı qazisi, Qubadlı batalyonun komandirlərindən biri olmuş Adil Həşimovun anım günüdür.
AzerTimes xəbər verir ki, Adil Həşimov erməni təcavüzünün başladığı ilk günlərdən Qubadlının müdafiəsinə qalxmış, 1993-cü ilə qədər döyüşmüşdür. Döyüşlərdə yaralanmışdır.
2019-ci il 4 oktyabrında dünyasını dəyişdiyi üçün İkinci Qarabağ savaşını və Qubadlının azad olunmasını görməmişdir.
Allah rəhmət eləsin.
Qeyd edək ki, Qubadlı 31 avqust 1993-cü ildə işğal edilmişdi. Vətən müharibəsinin gedişində – 25 oktyabr 2020-ci ildə isə Ordumuz tərəfindən azad edilib.