Qubadlı çox gözəl olacaq – Küveyt səfiri

Qubadlı çox gözəl olacaq – Küveyt səfiri

Bu regionda bərpa işlərinin sürətlə davam etdiyinin şahidi oldum. İnanıram ki, burada həyat yenidən canlanacaq. Bugünkü səfər məndə xoş təəssüratlar yaratdı.

AzerTimes xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Küveyt Dövlətinin ölkəmizdəki səfiri Abdullah Məhəmməd Almauidi deyib.

Diplomat bildirib: “Biz Zəngilanda olarkən Ağalı kəndini ziyarət etdik. Qısa zaman ərzində bu qədər işin görülməsi heyrətamizdir. Qubadlı şəhərinin planı ilə də tanış olduq. Bu şəhər gələcəkdə çox gözəl olacaq”.

Teqlər: