Qubada qanunsuz hasilat barədə 3 cinayət işi açılıb

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən ətraf
mühitin qorunması sahəsində hüquqpozmaların qarşısının alınması,
aşkar edilməsi və araşdırılması sahəsində aidiyyəti səlahiyyətli
qurumlarla birgə fəaliyyəti davam etdirilir.

Baş Prokurorluqdan AzerTimes-a bildirilib ki, Quba rayonunun
ərazisində yerləşən “Talıbqışlaq” və “Qudyalçay” qum-çınqıl
yataqlarında hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə
məşğul olan fiziki şəxslər tərəfindən qanunsuz hasilat barədə daxil
olmuş məlumat əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar
icraatlar idarəsi tərəfindən aparılmış araşdırmalarla dövlətə 1
milyon 822 min manat ziyanın dəyməsi müəyyən edilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin 188-ci (torpaq üzərində
mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255 (yerin təkinin
qorunması və istifadəsi qaydalarını pozma) və 308-ci (vəzifə
səlahiyyətlərindən sui-istifadə) maddələri ilə 3 cinayət işi
başlanılaraq istintaq olunması üçün Baş Prokurorluğun İstintaq
idarəsinə göndərilib.

Teqlər: