Qubada narkotik dövriyyəsinə görə 2 nəfər həbs edilib

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik
vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional
qrupundan AzerTimes-a verilən məlumata görə, keçirilən
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə
etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon
sakinləri Orxan Ərəbov və Mirmehdi Misirxanov saxlanılıb.

Həmin şəxslərin üzərlərinə, eləcə də yaşadıqları evlərə baxış
keçirilən zaman psixotrop maddə olan metamfetamin və narkotik
vasitə olan heroin aşkar olunaraq götürülüb.


Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin
qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri
seçilib.

Teqlər: