Xəbər - Samir Əli – Trend:
İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Azərbaycan Respublikasının
Qeyri-hökümət təşkilatlarına dövlət dəstəyi Agetliyinin maliyyə
dəstəyilə “İnsan alverinə qarşı mübarizəyə dəstək” adlı layihə
çərçivəsində Quba şəhərində marifləndirmə tədbirlərinə start
verib.
Komitədən AzerTimes-a verilən məlumata görə, tədbirdə komitə sədri
Tural Hüseynov, təlimçi Bəxtiyar Həsənov, ekspertlər Qartal
Hüseynov və Vahab Həbibov iştirak ediblər.
Rayon İcara hakimyyətinin, polis şöbəsinin əməkdaşları və Quba
şəhər ictimayyəti fəallarnin qatıldığı tədbirdə çıxış edən Komitə
sədri layihənin məqsədi barədə məlumat verib. T. Hüseynov bildirib
ki, ölkədə insan alverinə qarşı mübarizə tədbirləri aidiyyəti
qurumlar tərəfindən davam etdirilir. Azərbaycanda bununla bağlı
qanunvericilik bazası da lazımi səviyyədədir. Bu istiqamətdə
görülən tədbirlər müsbət nəticəsini verir. Bu sahədə fəaliyyət
göstərən qeyri-hökumət təşkilatları insan alveri qurbanlarının
reabilitasiyası, onlar üçün müəyyən sığınacaqların yaradılması,
həmin şəxslərin maarifləndirilməsinə iştirak edir, bu sahədə lazımi
işlər görürlər.
Daha sonra təlimçi Bəxtiyar Həsənov son illər ölkədə İnsan
Alverinə Qarşı Mübarizəilə bağlı geniş təlim keçib.