Qubada əl qumbaraları tapılıb

Quba rayonu ərazisində 3 ədəd F-1 əl qumbaraları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AzerTimes-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə Quba-Xınalıq yolunun Qırız Dəhnə kəndi ərazisindən keçən hissəsində 3 ədəd F-1 əl qumbaralarının olması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə gedən polis əməkdaşkarı əl qumbaralarını aşkar edərək götürüblər.


Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Teqlər: