Qubada ağır qəza: yaralılar var

Qubada ağır qəza: yaralılar var

Bakı-Quba yolunun 154-cü kilometrliyində, Qubanın Pirvahid kəndi ərazisindən keçən hissəsində iki avtomobil toqquşub.

AzerTimes Report-a istinadla xəbər verir ki, “Nissan” markalı avtomaşın hərəkətdə olarkən idarəetməni itirərək qarşı istiqamətdə “Hyunday” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində Quba rayon sakinləri 1977-ci il təvəllüdlü Yaqubov Tərlan Teymur oğlu, 1991-ci il təvəllüdlü Seyidov Amil Rasim oğlu, Bakı şəhər sakini 1960-cı il təvəlludlü İbrahimova Sinəxanım Ələmdar qızı və Şərur rayon sakini 1971-ci il təvəllüdlü Məmmədov Mirzə Qurban oğlu müxtəlif xəsarətlə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Fakt Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırır.

Teqlər: