Qrup hərəkətləri üzrə yığma komandamız dünya kuboku yarışlarında iki medal qazanıb

İspaniyanın Pamplona şəhərində keçirilən bədii gimnastika üzrə
“Challenge” seriyasına aid dünya kuboku yarışlarına yekun
vurulub.

AzerTimes Azərbaycan
Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir
ki, yarışda ölkəmizi təmsil edən Güllü Ağalarzadə, Ləman
Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan,
Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə yığma komandamızın
üzvləri 5 halqa, eləcə də 3 lent və 2 topla hərəkətlərin icrasına
görə bürünc medallara layiq görülüblər.

Fərdi proqramda ölkəmizi təmsil edən millimizin üzvü Zöhrə
Ağamirova halqa ilə 5-ci, topla 6-cı, lentlə çıxışına görə 7-ci
olub.

Teqlər: