Qriqoryan Yunanıstana gedir

Qriqoryan Yunanıstana gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın başçılıq etdiyi nümayəndə heyəti Yunanıstana səfər edəcək.

AzerTimes xəbər verir ki, müvafiq qərarı Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan imzalayıb.

“Qriqoryan köməkçisi Sevak Qaqramyan və müşaviri Arşak Musaxanyanla birlikdə 2023-cü il martın 9-da Afinaya səfər edəcək. Ermənistan nümayəndə heyəti səfər çərçivəsində bir sıra işgüzar görüşlər keçirmək niyyətindədir”, – sənəddə deyilir.

Teqlər: