Qriqoryan: “Tengiz” yatağını partlatmaq əmrini kim verib?

Qriqoryan: “Tengiz” yatağını partlatmaq əmrini kim verib?

İyulun 6-da səhər tezdən Qazaxıstanın ən böyük neft yataqlarından biri olan “Tengiz”də güclü partlayış baş verdi. Bəs bu partlayış təsadüfdürmü?

AzerTimes xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Qaust Qriqoryan paylaşıb.

“Tengizin neft ehtiyatları 3,2 milyard tondur. Bu, həqiqətən də böyük bir rəqəmdir. Burada əlavə etmək yerinə düşərdi ki, Qazaxıstan Qərbin sanksiyaları ilə üzləşmiş malların Rusiya və Belarusa gətirilməsini qadağan etmək barədə qərar hazırlayır. Yeni sənədə əsasən, Qazaxıstan hakimiyyəti bu cür yüklərə elektron hesab-fakturaları təsdiq etməyəcək, bunsuz isə malların Rusiya ilə Belarusa keçməsi qadağan ediləcək.

İyunun 17-də isə Tokayev Putinin qarşısında olarkən “dxr” və “lxr”i kvazidövlət adlandırdı.

“Tengiz”dəki partlayış Qazaxstanın bu əməllərinə Rusiyanın cavabı ola bilər. Bu güclü partlayışın arxasında Putin dayana bilər…” – deyə o qeyd edib.

Teqlər: