Qriqoryan Mİ6-nın rəhbəri ilə görüşdü

Qriqoryan Mİ6-nın rəhbəri ilə görüşdü

Böyük Britaniyada işgüzar səfərdə olan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkənin Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə dövlət naziri Leo Doherti və Mİ6 kəşfiyyat xidmətinin rəhbəri Riçard Murla görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

Həmsöhbətlər təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Teqlər: