Qriqoryan indi də Brüsselə gedir

Qriqoryan indi də Brüsselə gedir

Ermənistan Təhlükəsizlik Şurasının baş katibi Armen Qriqoryan 3 oktyabrda Brüsselə işgüzar səfər edəcək.

AzerTimes xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində Qriqoryan NATO mənzil-qərargahında görüşlər keçirəcək.

Qeyd edək ki, bundan öncə ABŞ-da Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Qriqroyanın görüşü baş tutmuşdu.

Teqlər: