Türkiyə hərəkətə keçdi: 75 min qüvvə, 2 min texnika…

Türkiyə hərəkətə keçdi: 75 min qüvvə, 2 min texnika…

Rusiyanın “Şimal axını” qaz kəmərinin borularında təxribat Avropanı əsas qaz tədarükçüsündən məhrum edib.

AzerTimes xəbər verir ki, artıq “Türk axını” qaz kəmərinə də təxribat ola biləcəyi haqda danışılır. Əgər Türkiyə və Balkanları qazla təmin edən boru kəmərini də hər hansı səbəbdən dayansa, o zaman Avropa İttifaqı daha ciddi enerji böhranı üzləşəcək. Qazın qiyməti isə daha da sürətlə bahalaşacaq. Belə bir risk də var ki, Ərdoğanın Rusiyaya loyal münasibətinə görə yaxınlaşan seçkilər ərəfəsində ABŞ Türkiyəni cəzalandırmaq fikrinə düşə bilər. Çünki Qara dənizdə nəqliyyat infrastrukturunun oxşar şəkildə zədələnməsi halında seçkilər ərəfəsində ölkəyə dəyən ziyan onun iqtisadiyyatını çökdürə və bu da preziden seçkilərinin nəticələrinə ciddi təsir edə bilər. Türkiyə sənayesinin dayanması inflyasiyanı daha da sürətləndirə, bu da Ərdoğan hakimiyyətinin qələbəsini ciddi maneə yarada bilər.

Bu səbəbdən Ankara “Türk axını”nın təhlükəsizliyini gücləndirib. Rusiya mediası saytı yazır ki, Türkiyənin ərazi sularında qaz kəmərini qorumaq üçün bir ay ərzində 75 min nəfərə qədər xüsusi qüvvələri və 2 minə yaxın xüsusi texnikanı görəvləndirmək hazırlığındadır.

“Türk axını” kəmərinin operatorunun lisenziyasının ləğvi də Ankaraya ABŞ-ın xəbərdarlığı kimi qiymətləndirilir. Kəmərin operatoru indi Hollandiyanın “South Stream Transport B.V” şirkətidir. İstənilən halda, həm Türkiyə, həm də Balkanlar hələlik qaz almağa davam edəcək. “Türk axını” operatoru artıq lisenziyanın yenilənməsi üçün müraciət edib. Ankara isə lisenziyasızlıqdan ehtiyat etmir, əsas diqqəti kəmərdə təxribatları önləməyə yönəldib.

Rusiya hökuməti yanında Milli Enerji Təhlükəsizliyi Fondunun və Maliyyə Universitetinin aparıcı eksperti Stanislav Mitraxoviç deyib ki, “Türk axını” Avropanı ciddi yanacaq qıtlığından xilas etməyəcək, çünki gücü ildə cəmi 15,8 milyard kubmetrdir. “ABŞ Rusiya qazının Avropaya tədarükünü tamamilə kəsməyə və Aİ iqtisadiyyatının daha da böyük çöküşünə səbəb olmağa çalışır. Qara dəniz Rusiya, Türkiyə və Rumıniyanın daxili dənizidir. Qərb kəşfiyyat xidmətlərinin bu bölgəyə çıxışı kifayət qədər məhduddur, orada təxribat təşkil etmək onlar üçün daha çətindir. Heç bir sualtı qayıq diqqətdən kənar keçə bilməz” deyə, o bildirib.

“Şimal axını-1” və “Şimal axını-2” təbii qaz boru kəmərlərində meydana gələn sızmaların təxribat olduğu deyilir. Rusiya bu məsələdə ABŞ-ın əli olacağına işarə edir, Vaşinqtonda Moskvanı suçlayır.

Teqlər: