Qrip və COVID-19-a eyni vaxtda yoluxma ölüm riskini 2,4 dəfə artırır

Həkimlər müəyyən ediblər ki, qrip və SARS-CoV-2 ilə eyni vaxtda
yoluxma COVID-19-un ağır formalarının inkişaf şansını təxminən dörd
dəfə, ölüm riskini təxminən 2,4 dəfə artırır.

Trend xəbər verir ki, bu barədə Edinburq Universitetinin mətbuat
xidməti Lancet jurnalındakı məqaləyə istinadən məlumat verib.

“Müşahidələrimiz göstərir ki, koronavirus və qrip virusunun
birləşməsi insan sağlamlığı üçün xüsusilə təhlükəlidir. Dünyanın
əksər ölkələri məhdudlaşdırıcı tədbirləri ləğv etdikdən sonra bu
problem xüsusilə kəskinləşəcək. Bu səbəbdən maksimum sayda insanın
hər iki infeksiyaya qarşı peyvənd olunması son dərəcə vacibdir”, –
Liverpul Universitetinin professoru Kalum Semple bildirib.

Teqlər: