Qrant müqavilələrinin qeydə alınması qaydasında dəyişiklik edilib

Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nda dəyişiklik edilməsi barədə qərar imzalayıb.

AzerTimes bu barədə Nazirlər Kabinetinə istinadən məlumat verir.


Dəyişkliyə əsasən qrant müqaviləsinin (qərarının) qeydə alınması üçün tələb olunan sənəd və ya məlumatın Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədin və ya məlumatın təqdim edilməsi tələb olunmayacaq.

Teqlər: