QR biletlərlə ödəniş bütün stansiyalarda… – Tarix açıqlandı

QR biletlərlə ödəniş bütün stansiyalarda… – Tarix açıqlandı

Bu ilin sonuna qədər metronun əksər stansiyalarında QR biletlə ödəniş sisteminin tətbiqi gerçəkləşəcək.

AzerTimes xəbər verir ki, bunu Trend-ə açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədov bildirib ki, hazırda sərnişin kontingenti nəzərə alınmaqla, “Bakı Kart” mobil tətbiqinin QR biletlərindən ödəniş sistemi iki stansiyada – “Xocəsən” və “8 Noyabr” stansiyalarında tətbiq olunur:

“Bir aydan sonra “Avtovağzal”, “Memar Əcəmi” stansiyalarında, sonra isə yaşıl və qırmızı xəttin stansiyalarında bu sistemin tətbiqinə başlanılacaq. Bu ilin sonuna qədər əksər stansiyalarda bu sistemin tətbiqi gerçəkləşəcək”.

Onun sözlərinə görə, QR biletlərindən ödəniş sistemi gələn ilin birinci rübündən isə bütün stansiyalarda olacaq.

Qeyd edək ki, Bakı Metropoliteni QSC-də pilot layihə kimi ilk dəfə yeni ödəniş üsulunun tətbiqinə başlanılıb. Bənövşəyi xəttin “Xocəsən” və “8 Noyabr” stansiyalarında sərnişinlər “Bakı Kart” plastik kartından savayı, “Bakı Kart” mobil tətbiqinin QR biletlərindən də istifadə edə bilərlər.

Teqlər: