Erməni generala vəzifə verildi

Erməni generala vəzifə verildi

Ermənistan prezidenti Serj Sarkisyanın sərəncamı ilə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini vəzifədəsindən uzaqlaşdırılan Enriko Apriamova yeni vəzifə verilib.

Ermənistan KİV-nin verdiyi məluamat görə, ölkənin baş naziri Karen Karapetyan bu gün Enriko Apriamovu Ermənistanın Fövqəladə Hallar nazirinin müavini təyin edib.

Xatırladaq ki, Enriko Apriamovun dünən işdən çıxarılmasını bəzi ekspertlər prezident Serj Sarkisyanın “Putin NATOsu” nun yeni baş katibi Xaçaturovun adamlarından qurtulmaq cəhdi kimi qiymətləndirmişdilər.

Sarkisyanın sərəncamından cəmi bir gün sonra Karapetyan tərəfindən belə bir addımın atılması Ermənistan siyasi elitasında münasibətlərin daha kəskin məcraya yönələcəyini təxmin etməyə əsas verir.