Qovulan rus diplomatlar meydan oxudular – Foto

Qovulan rus diplomatlar meydan oxudular – Foto

Bolqarıstandan qovulan 70 rusiyalı diplomat ölkəni Putinin şəkli olan futbolkalarda tərk edib.

AzerTimes xəbər verir ki, bu barədə “Euraktiv” məlumat yayıb.

Ölkəni tərk edən rusların ümumi sayı isə 180 nəfərdən çox olub:

“Diplomatlar ailələri ilə birlikdə ölkəni tərk ediblər. Qovulan 70 nəfərin hamısı diplomat deyil, onların bəziləri aşpaz, sürücü və ya bağban kimi texniki işçilərdir”.

Qeyd edək ki, Bolqarıstan 70 rus diplomatını persona non qrata elan edib. Bu, Britaniyanın 1971-ci ildə Soyuq müharibə zamanı 105 sovet diplomatını ölkədən çıxarmasından bəri ən böyük qovulmadır.

Teqlər: