Qonşuda koronavirusa yoluxanların sayı artır

Qonşuda koronavirusa yoluxanların sayı artır

Gürcüstanda COVİD-19 virusuna yoluxma halları yenidən artır. Son bir həftə ərzində gündə orta hesabla 300-ə yaxın yeni yoluxma halları qeydə alınıb.

AzerTimes xəbər verir ki, bu barədə Gürcüstanın İnfeksion Xəstəliklər Mərkəzinin direktoru Tengiz Tertsvadze məlumat verib.

Onun sözlərinə görə, koronavirusa yoluxanların xəstəxanaya yerləşdirilməsı halları da artıb.

Direktor yeni növ Omikron – EG.5 virusunun Gürcüstan ərazisində qeydə alınması təhlükəsinin olduğunu bildirib, lakin bunun hələ rəsmən təsdiqlənmədiyini vurğulayıb.

Mütəxəssis bununla belə deyib ki, indiki mərhələdə narahat olmağa əsas yoxdur, ölkənin Səhiyyə Nazirliyi lazımi tədbirləri görür.

Teqlər: