543-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı

543-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 543-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 461 təyyarəsi, 246 helikopteri, 5877 PUA-sı, 431 zenit-raket kompleksi, 11 409 tank və digər zirehli texnikası, 1144 reaktiv yaylım atəş sistemi, 5951 artilleriya və minaatanı, 12 334 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: