Rusiyada ikiillik hərbi xidmətə qayıtmaq lazımdır, çünki bu, səfərbərlik resursunun keyfiyyətinin yüksəldilməsinə kömək edəcək.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü, general-leytenant Andrey Qurulev öz Teleqram kanalında yazıb.
Qurulev əlavə edib ki, çağırışçıların sayını artırmaq əvəzinə xidmət müddətini iki ilə qədər artırmaq lazımdır.
Onun fikrincə, bu, çağırışçıların qeyri-kafi sayı problemini həll etməklə yanaşı, ehtiyatda olan kadrların hazırlanmasının keyfiyyətini yüksəldəcək.