Bu ilin yanvar-noyabr aylarında Gürcüstan turist səfərlərindən təxminən 3,2 milyard dollar gəlir əldə edib.
AzerTimes xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb.
Məlumata görə, bu göstəricilər 2019-cu ildə əldə edilmiş pandemiyadan əvvəlki nəticələri 3,5% üstələyir. Bununla yanaşı, ilin 11 ayında turizm sənayesinin gəlirləri ötən ilin müvafiq göstəricilərini 82,4 faiz üstələyib.
Noyabrda mənfəət 305 milyon dollardan çox olub. Bu da 2019-cu ilin müvafiq göstəricisindən 51,2%, 2021-ci illə müqayisədə isə 74,9% çoxdur.