“Qolçaq” filmi ekranlara qayıdır

“Qolçaq” filmi ekranlara qayıdır

İran rejimin qadağa qoyduğu “Qolçaq” filmi Novruz bayramında nümayiş olunacaq.

AzerTimes xəbər verir ki, bu barədə “Təbriz Turan” Teleqram kanalı məlumat yayıb.

Qadağan olunmuş film Kino Tənqidçiləri və Yazıçılar Assosiasiyasının üzvü, rejissor Əsgər Yusif Nicatın xatirəsini yad etmək məqsədi ilə nümayiş etdiriləcək.

Filmin nümayişi “Seyfullah Dadxan” kinoteatrında planlaşdırılır.

Xatırladaq ki, ekran əsəri türk dilində olduğu üçün “40-cı Fəcr Film Festivalı”nda seçim komissiyası tərəfindən nümayişi qadağan olunmuşdu. “Kukla” (Qolçağ) filmi İranda antitürk təbliğatını daş-qalaq edən bir əsərdir. Təbrizdə cərəyan edən hadisələri əks etdirən filmin prodüseri isə İran Kino Tənqidçiləri Assosiasiyasının üzvü Cəlil Sehatdır.

Teqlər: