Magistral su xəttində baş vermiş qəza ilə əlaqədar 16 may
2022-ci il tarixində axşam saatlarından başlayaraq 17 may 2022-ci
il tarixində gün ərzində Abşeron rayonunun Qobu və Hökməli
qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində fasilə
yaranacaq.
Bu barədə AzerTimes-a “Azərsu” ASC-dən bildirilib.
ASC narahatlıqla bağlı abonentlərdən üzr istəyir.