Baş Prokurorluq və Təhsil Nazirliyi məktəbdə şagird ölümü ilə bağlı birgə məlumat yayıb

Baş Prokurorluq və Təhsil Nazirliyi Bakıda məktəbdə şagirdin
ölümü ilə bağlı birgə məlumat yayıb.

Trend xəbər verir ki, məlumatda deyilir:

“Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən Təhsil Nazirliyinin
nəzdində fəaliyyət göstərən 11 nömrəli İnteqrasiya təlimli internat
məktəbində yaşayan, daun sindromlu 10 oktyabr 2015-ci il təvəllüdlü
şagird Vəliyeva Svetlana Vüqar qızının 16 may 2022-ci il tarixdə
həmin məktəbdə ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğuna
məlumat daxil olub.

Aparılan ilkin araşdırma ilə müəyyən edilib ki, Svetlana
Vəliyevanın səhhətində problem yarandığından təcili tibbi yardım
çağırılıb və ona tibbi yardım göstərilməsinə baxmayaraq 16 may
2022-ci il tarixdə saat 06 radələrində vəziyyəti qəflətən
ağırlaşaraq ölüb.

Məhkəmə-tibbi ekspertin iştirakı ilə aparılan müayinə zamanı
S.Vəliyevanın bədəni üzərində hər-hansı xəsarət izi və zorakılıq
əlamətləri aşkar edilməyib.

Hazırda araşdırma davam etdirilir”.

Teqlər: