Qlobal Bakı Forumu post-COVİD dövründə aktual məsələlərin müzakirəsi üçün vacibdir – UNESCO-nun xoşməramlı səfiri (ÖZƏL)

Xəbər - Humay Ağacanova – Trend:

Qlobal Bakı Forumu post-COVİD dövründə aktual məsələlərin müzakirəsi üçün vacibdir.

Bunu Trend-ə UNESCO-nun xoşməramlı səfiri Hedva Ser “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu çərçivəsində deyib.

Onun sözlərinə görə, bir çox ölkələr COVID-19 pandemiyası ilə əlaqədar misilsiz çətinliklərlə üzləşib: “Amma fikrimcə, bütün bunlar artıq geridədir. Biz pandemiyadan sonra bərpa dövrünə addımlayırıq. Fikrimcə, bu forum məhz cari vəziyyətin, eləcə də gələcək gözləntilərin müzakirəsi baxımından vacibdir”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirakı gözlənilir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: