Qlobal Bakı Forumu dünyada mühüm beynəlxalq plarformaya çevrilib – Rauf Əliyev

3 noyabr 2021-ci il tarixində Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzin təşkilatçılığı ilə “COVİD-19-dan sonrakı dövrdə dünya” mövzusunda başlayan Qlobal Bakı Forumu öz işini davam etdirir. Hibrid formatda keçirilən sayca VIII olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayyəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və QHT-nin rəsmiləri iştirak edir.

Forumun açlış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd etmişdir ki, Birinci Bakı Forumundan başlayaraq keçirilən yeddi Forumun hər birində Azərbaycan üçün ən mühüm məsələ olan Ermənistan-Azərbaycan münaqişəsindən danışılmışdır. Cənab Prezident bildirmişdir ki, artıq münaqişə yoxdur, münaqişə həll edilmişdir. “ Azərbaycan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyri-şərtsiz çıxarılmasını tələb edən qətnamələri özü yerinə yetirdi” Bu BMT-nın fəaliyyəti dövründə baş verən ilk belə hadisədir. Bu bir daha göstərdi ki, Azərbaycan artıq qarşısına qoyduğu bütün vəzifələri yerinə yetirmək imkanlarına malik, müstəqil siyasət yürüdən güclü bir dövlətə çevrilmişdir.

Panellər formatında təşkil olunan Forum çərçivəsində “COVİD-19-dan sonra yaranan yeni dünya nizamı”, “Yeni dünya iqtisadiyyatı” , “Yeni dövrdə: Sülh, təhlükəsizlik və insan hüquqları”, “İqlim dəyişikliyi ilə mübarizə və qlobal enerji tələbatının qarşılanması”, “Səhiyyə və insanların peyvənd edilməsi” , “Qida və qida təhlükəsizliyinin təşviqi” və bu kimi bütün dünyanı narahat edən, qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirə edilməsi bir daha göstərir ki, Qlobal Bakı Forumu dünyada beynəlxalq əhəmiyyət kəsb edən məsələlərin müzakirə olunduğu platformaya çevrilmişdir.

Rauf Əliyev

Millət vəkili

Teqlər: