Qızıl külçələri nağdlaşdırdı, Azərbaycana qarşı çıxdı

Qızıl külçələri nağdlaşdırdı, Azərbaycana qarşı çıxdı

Bu Senator Bob Menendezdir – ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri. Mütəmadi olaraq Azərbaycana qarşı qərəzli çıxışlar edir. 1 ay öncə onun erməni əslilli həyat yoldaşı cəmi bir gündə 400 min dollar dəyərində qızıl külçələri nağdlaşdırıb. 2 gün öncə isə o ABŞ senatında Azərbaycana qarşı qərəzli dinləmə təşkil edib.

AzerTimes xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov bildirib.

V.Bayramov qeyd edib ki, senator çıxışlarında Ermənistanın barbarlığından söz açmayıb:

“Amma o komitə dinləməsində “deməyə unudub” ki, Azərbaycanın 7 rayonu Ermənistanın 30 illik işğalı müddətində tamamilə dağıdılaraq xarabalığa çevrilib. O “deməyə unudub” ki, Ermənistan işğalına görə mən də daxil olmaqla 1 milyona yaxın məcburi köçkün uzun illər çadırlarda, yataqxanalarda və yarıtikililərdə yaşamağa məcbur olub. O “deməyə unudub” ki, Qarabağ Azərbaycandır və o bölgəmizdə yaşayan ermənilər yolu blok etdikləri üçün Bakıdan Xankəndiyə göndərilən 40 ton un 19 gündür Ağdamda gözləyir. O “deməyə unudub” ki, 30 ildən çoxdur Naxçıvan ilə Azərbaycanın əsas hissəsi arasındakı quru yol əlaqəsi Ermənistan tərəfindən bağlandığı üçün o bölgəmiz üç dekadadır blokada şəraitində yaşayır. Senator çox həqiqətləri deməyi “unudub”. Amma bu “unutqanlıq” ABŞ-ın regiondakı maraqlarına ciddi zərbə vurur.

Teqlər: