Qəzaya uğrayan təyyarə avtomobilə çırpıldı – Video

Qəzaya uğrayan təyyarə avtomobilə çırpıldı – Video

İtaliyanın Turin şəhərinin yaxınlığında hərbi bazada təlim uçuşları zamanı təyyarə qəzaya uğrayıb.

AzerTimes xəbər verir ki, bu barədə “La Republika” qəzeti məlumat yayıb.

Məlumata görə, təyyarə havada olarkən qəzaya uğrayıb və yerə düşərkən avtomobilə çırpılıb. Nəticədə avtomobildə olan 4 nəfərlik bir ailənin 5 yaşlı qızı yanıq xəsarətlərindən həlak olub. Qızın doqquz yaşlı qardaşı yaralanıb. O və valideynləri xəstəxanaya çatdırılıb, təyyarənin pilotu da xəstəxanaya yerləşdirilib.

Pilotun qəza anı aşağı hündürlükdə paraşütünü açaraq təyyarədən atıldığını əks etdirən görüntülər yayılıb.

Teqlər: