Xəbər verdiyimiz kimi, MM Mədəniyyət Komitəsinin üzvü, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri Novruz Aslanın təşəbbüsü ilə Qızıl Aypara Cəmiyyəti “Səninləyəm, Türkiyə!” adlı yardım kampaniyası elan edib.
AzerTimes-ın məlumatına görə, fevralın 6-ı günorta saatlarından başlanılan kampaniyaya artıq 7202-dən çox şəxs qoşulub.
Ötən günün statistikasına əsasən, 200 027.84 manat yardım toplanılıb.
İanə edənlər arasında dövlət qurumları, millət vəkilləri, tanınmış şəxslər də var.
Xatırladaq ki, Azərbaycan Qızıl Ayparasının Türkiyə üçün başlatdığı yardım kampaniyasına qoşulmaq istəyənlər bu linkdən istifadə edə bilərlər:
– Nağd pul vasitəsi ilə ianə etmək üçün MilliÖn və eManat ödəniş terminallarında xeyriyyəçilik bölməsində “yardim.et” düyməsindən yararlanmaq olar.
– SMS vasitəsi ilə ianə etmək üçün “Azercell” abunəçiləri 8116 qısa nömrəsinə SMS göndərə bilər.
– Elektron pul kisəsi vasitəsi ilə “hesab.az” saytından ianə etmək mümkündür.