İranlı və israilli sənətçilər ortaq film çəkdi – İlk dəfə

İranlı və israilli sənətçilər ortaq film çəkdi – İlk dəfə

İranın tanınmış aktrisası Zər Əmiribrahimi və israilli rejissor Quy Natiu birgə film çəkib. Film Tehran hökumətiin İran və İsrail idmançılarının birgə yarışmasına qadağa qoymasından bəhs edir.

AzerTimes xəbər verir ki, bu İran və İsrail sənətçilərinin ilk əməkdaşlığıdır.

“Adsız cüdo” adlı filmdə qızıl medal almaq şansına baxmayaraq, İsrail idmançısı ilə yarışmamaq üçün İran hökumətinin təzyiqinə məruz qalan cüdo üzrə çempion iranlı qadın Leyladan bəhs edilir.

Qeyd edək ki, Tehran hakimiyyəti İsraili rəsmi olaraq tanımır və iranlı idmançıların heç bir yarışda İsrail idmançıları ilə qarşılaşmasına icazə vermir.

Teqlər: