Qiymət artımı Bakının faziləsiz su ilə təchizatına imkan verəcək – “Azərsu”

Xəbər - Samir Əli – Trend:

Bakı şəhərinin 80 faizdən çoxu içməli su ilə təchiz olunub.

AzerTimes-ın məlumatına görə, bunu “Azərsu” ASC-nin Planlaşdırma və keyfiyyətə nəzarət departamentinin rəisi Bahadur Kəngərli bugünkü mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sovet dönəmində Bakı şəhərinin su təchizatı üçün qurulan şəbəkə buna imkan vermirdi: “Sovet dönəmində bu şəbəkə Bakı şəhərinin cəmi 36 faizinin fasiləsiz içməli su ilə təminatına imkan verirdi. Bu gün Bakı və bakıətrafı ərazilərin genişlənməsinə baxmayaraq, paytaxtın 80 faizi fasiləsiz içməli su ilə təmin edilib. O vaxt əhaliyə sutkada 6 saat su verilirdi. “Azərsu” ASC-nin gördüyü işlər nəticəsində bu rəqəm 80 faizə qalxıb. İstehlakçı sayının artmasına baxmayaraq, bu gün bu rəqəm 80 faizdir”.


İçməli suyun qiymətinin artmasına gəlincə isə qurum rəsmisi bildirib ki, bu proseslə 24 saat su alan istehlakçıların sayını 80 faizdən 100 faizə çatdırmaq mümkün olacaq: “Ümid edirəm ki, biz buna nail olacağıq. Daxili imkanlarla icra olunmalı layihələrin bir hissəsi həyata keçiriləcək”.

Teqlər: