ABŞ-da koronavirusa qarşı peyvənd olunanların sayı 25 milyonu keçib

Xəbər - Orxan Nəbiyev – Trend:

ABŞ-da koronavirusa qarşı bu günədək 31 milyondan çox peyvənd vurulub.

AzerTimes-ın məlumatına görə, ölkədə 25 milyondan çox şəxs vaksinin birinci dozasını, 6 milyona yaxın şəxs ikinci dozasını əldə edib.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden rəhbərliyinin ilk 100 günündə 150 milyon doza vaksinin vurulacağını vəd edib.


Bugünədək ABŞ-da koronavirusa yoluxanların sayı 26 milyonu ötüb. 440 843 nəfər virusun qurbanı olub.