Qış Paralimpiya Oyunlarında ilk dəfə Azərbaycan bayrağı dalğalanacaq

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin qış idman
növləri üzrə milli komandasının üzvü Azərbaycan Paralimpiya
tarixində ilk dəfə olaraq Qış Paralimpiya Oyunlarında iştirak
edəcək.

Komitədən AzerTimes-a verilən məlumata görə, Azərbaycan Milli
Paralimpiya Komandasının üzvü Mehman Ramazanzadə Pekin 2022 XIII
Qış Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək. M.Ramazanzadə
kross-kantri növünün “sprint” kateqoriyasında çıxış edəcək.
İdmançımızın yarışı 09 mart 2022-ci il tarixində baş tutacaq.

XIII Qış Paralimpiya Oyunları 04-13 mart 2022-ci il tarixlərində
Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçiriləcək.
Oyunların açılış mərasimi martın 4-ü Pekin Milli stadionunda baş
tutacaq.

Teqlər: