Qış Olimpiya Oyunlarının açılış mərasimindən CANLI YAYIM

Xəbər - Fərid Zöhrabov – Trend:

Çinin paytaxtı Pekində XXIV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilir.

Trend-in məlumatına görə, tədbir Pekin Milli Stadionunda təşkil olunub.

Mərasimə şef de-mission Anar Bağırovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də qatılıb. Paradda Dövlət bayrağını fiqurlu konkisürən Vladimir Litvintsev daşıyacaq. Azərbaycan heyəti paraddan 42-ci keçəcək.

Pekin olimpiadasında Azərbaycanı bir idman növü üzrə 2 idmançı təmsil edəcək. Komandanın bayraqdarı olan Litvintsev fevralın 8-i və 10-da buz üzərinə çıxacaq. Fevralın 15-i və 17-də isə Ryabova öz məharətini sərgiləyəcək.

Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq. Oyunlarda 91 ölkədən ümumilikdə 3 000-dək idmançı qüvvəsini sınayacaq. Yarışda 15 idman növü üzrə 109 dəst medal öz sahibini tapacaq. Koronavirus pandemiyası ilə əlaqədar Oyunları yalnız Çin vətəndaşları izləyə biləcəklər.

Teqlər: