Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Ukraynadakı fəaliyyətini dayandıracaq.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” agentliyi təşkilatın sözçüsünə istinadən məlumat yayıb.
“Qərar təhlükəsizlik baxımından qəbul edilib. Bu səhər raketlərdən biri Kiyevdəki ofisin yaxınlığına düşüb. Təşkilatın əməkdaşlarından kiminsə xəsarət alıb-almadığı dəqiqləşdirilməyib”, – məlumatda deyilir.