Maya Sandu MDB sammitindən imtina etdi

Maya Sandu MDB sammitindən imtina etdi

Gərgin iş qrafiki səbəbindən Moldova Prezidenti Maya Sandu MDB dövlət başçılarının Astanada keçiriləcək sammitində iştirak edə bilməyəcək.

AzerTimes xəbər verir ki, bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmisi Aybek Smadiyarov deyib.

“Tədbirdə Azərbaycan, Belarus, Qırğızıstan, Rusiya, Türkmənistan, Özbəkistan liderləri, eləcə də MDB İcraiyyə Komitəsinin sədri iştirak edəcək”, – Smadiyarov bildirib.

Qeyd edək ki, MDB dövlət başçılarının sammiti oktyabrın 14-də keçiriləcək.

Teqlər: