Qırğızıstanla Tacikistan arasında protokol imzalandı

Qırğızıstanla Tacikistan arasında protokol imzalandı

Qırğızıstan və Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin rəhbərləri sərhəddə yaranmış vəziyyətin nizamlanması ilə bağlı protokol imzalayıblar.

AzerTimes xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev bildirib.

Danışıqlar Batken vilayətinin Qızıl-Bel keçid məntəqəsində aparılıb.

Taşiyev deyib ki, protokolun bütün bəndlərinin yerinə yetiriləcəyinə ümid edir.

Teqlər: