Qırğızıstanın yeni baş naziri təsdiqləndi

Xəbər - Orxan Nəbiyev – Trend:

Qırğızıstan parlamenti Uluqbek Maripovu ölkənin yeni baş naziri vəzifəsində təsdiq edib.

AzerTimes-ın məlumatına görə, ölkə prezidenti Sadır Japarov U.Maripovu hökumət başçısı vəzifəsinə irəli sürmüşdü.

Yeni nazirin sözlərinə görə, yeni hökumətdə 12 nazirlik fəaliyyət göstərəcək. Ümumilikdə, 28 dövlət agentliyi ləğv edilib və ya birləşdirilib.