Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Mühafizəsi Xidmətinin 1 həbçisi Tacikistanla sərhəddə baş verən atışma nəticəsində həlak olub.
AzerTimes-ın “Kabar”a istinadən verdiyi xəbərə görə, bu barədə Sərhəd Mühafizəsi Xidmətindən bildiriblər.
İlkin məlumata əsasən, Tacikistan tərəfindən də ölənlər və yaralananlar var. Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Mühafizəsi Xidmətinin Batken vilayəti üzrə rəhbəri K.Tolonbayev hadisə yerindədir.
Bildirilir ki, Qırğızıstan və Tacikistanın sərhəd xidmətlərinin nümayəndələri insidenti araşdırmağa davam edirlər.