Qırğızıstanda yeni Konstitusiya ilə bağlı referendumun vaxtı təyin edilib

Xəbər - Orxan Nəbiyev – Trend:

Qırğızıstan parlamenti ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı referendumun vaxtını təyin edib.

AzerTimes-ın məlumatına görə, referendum aprelin 11-də keçiriləcək.

Təklif olunan yeni Konstitusiyaya əsasən məşvərət və müşahidə qurumu qismində Xalq qurultayının təsis olunması nəzərdə tutulur. Bundan başqa, Nazirlər Kabinetinin formalaşdırılmasına və işinə nəzarət ölkə prezidentinə həvalə olunur.


Yerli parlamentdə, həmçinin deputatların sayının 120-dən 90-dək azalması təklif olunur. Yeni Konstitusiyaya əsasən, Qırğızıstan parlament-prezident respublikasından prezident respublikası sisteminə keçir.