Qırğızıstanda qar uçqunu anbaan lentə alındı – Video

Qırğızıstanda qar uçqunu anbaan lentə alındı – Video

Qırğızıstanda İssık göl yaxınlığında nəhəng qar uçqunu baş verib.

AzerTimes xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qar uçqununun Jeti-Oğuz rayonunda, Juuku vadisində buzlaqların əriməsi nəticəsində baş verdiyi bildirilib.

Əraziyə FHN qüvvələri cəlb edilib. Mümkün nəticələrin aradan qaldırılması ilə bağlı tədbirlər görülür.

Qeyd edək ki, qar uçqunu yaxınlıqdakı xarici turist tərəfindən videolentə alınıb.

Teqlər: