Qırğızıstan məktəblərində valideynlərdən pul yığılması və bunun üçün ictimai fondun yaradılması qadağan olunub.
AzerTimes xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov fərman imzalayıb.
Fərmanda qeyd olunub ki, dövlət təhsil təşkilatlarına ehtiyac duyulan məişət əşyalarının təmiri, mühafizəsi və alınması üçün vəsait Qırğızıstanın dövlət büdcəsindən ayrılmalıdır.