Ukraynada Gürcüstanın adının dəyişdirilməsi təklif edilir

Ukraynada Gürcüstanın adının dəyişdirilməsi təklif edilir

Ukrayna Ali Radasında Gürcüstanın rəsmi olaraq Sakartvelo adlandırılması təklif edilib.

AzerTimes xəbər verir ki, müvafiq qanun layihəsi Ukrayna parlamentinin saytında dərc olunub.

“Qanun layihəsində Ukraynada rəsmi səviyyədə, rəsmi yazışma və ünsiyyətdə, eləcə də kütləvi informasiya vasitələrində Gürcüstanın əvəzinə rəsmi və tarixi Sakartvelo adından istifadənin tətbiqi təklif edilir. Buna uyğun olaraq, gürcü xalqına (gürcü) kartvellər deyilir”, – deyə 9329 saylı qanun layihəsinin izahatında deyilir.

Qanun layihəsinin müəllifləri hesab edirlər ki, bu addım Kiyev və Tiflisi bir-birinə yaxınlaşdırmaqla yanaşı, ölkənin ruslaşmış adından da xilas edəcək.

Qeyd edək ki, gürcü xalqı öz ölkələrini Sakartvelo adlandırır. “Kartvel ölkəsi” kimi tərcümə olunur.

Teqlər: