Qırğızıstan vətəndaşlarını Qazaxıstandan təxliyə edir

Qırğızıstan öz vətəndaşlarının Qazaxıstandan təxliyəsinə başlayıb.

Trend-in məlumatına görə, bu barədə Qırğızıstanın Xarici İşlər Nazirliyi bildirib.

Qeyd olunur ki, Qırğızıstan-Qazaxıstan dövlət sərhədində nəzarət-buraxılış məntəqələri adi rejimdə işini davam etdirir.

Hazırda nazirlik vətəndaşlara konsulluq xidmətlərinin göstərilməsi çərçivəsində Qırğızıstan vətəndaşlarının təxliyəsini davam edir.