Qırğızıstan və Tacikistan nümayəndələri sərhəddə baş verən insidentlə bağlı görüş keçirirlər

Qırğızıstan və Tacikistan sərhəd nümayəndələri sərhəddə baş verən insidentlə bağlı görüş keçirir.

AzerTimes-ın məlumatına görə, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti bildirib.

“Qırğızıstanın sərhəd nümayəndələri Tacikistanın Suqd vilayətinin qubernatoru və Tacikistanın sərhəd nümayəndəsi ilə görüş keçirirlər. Görüş Batken vilayətinin Kak-Sai bölgəsində keçirilir”.

Yerli vaxtla saat 02:00 üçün olan məlumata görə, Koço-Boyu və Dahma ərazilərində atışma dayandırılıb. Qolovnoy və Tort-Koço ərazilərində vaxtaşırı atışma səsləri eşidilir.