Qırğızıstan Tacikistanla sərhəddə 24 mindən çox sakini təxliyə edib

Xəbər - Orxan Nəbiyev – Trend:

Qırğızıstan Tacikistanla sərhəddə silahlı münaqişənin baş verdiyi bölgədən 24 mindən çox sakini təxliyə edib.

Trend-in məlumatına görə, bu barədə Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi bildirib.

Qeyd olunur ki, təxliyə olunan sakinlər müvəqqəti sığınacaqlara yerləşdirilib. Bundan əvvəl 1,5 min sakinin təxliyə olunduğu bildirilmişdi.

Xatırladaq ki, ötən gün iki ölkə hərbçiləri arasında münaqişə baş verib. İnsident nəticəsində hər iki tərəfdən ölən və yaralananlar olub.